17 
Mar
2020
02:11
28
280
2504
Virtual karabakh

Misirdə iki nəfər koronavirusdan həyatını itirdi

17 Mar, 2020
02:11
2504

Misirdə iki nəfər koronavirusdan həyatını itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin Səhiyyə Nazirliyi ötən gün ərzində ölkə ərazisində 40 nəfərin koronavirusa yoluxduğunu, iki nəfərin isə həyatını itirdiyini bəyan edib.

“RİA Novosti” xəbər verir ki, beləliklə ölkədə koronavirusa yoluxanların sayı 166 nəfərə çatıb.

Nazirliyin əməkdaşı Xaled Muqahedin sözlərinə görə, ötən gün ərzində xəstəliyə 35 Misir vətəndaşı və beş əcnəbi yoluxub.

“Yoluxanlardan səkkizi ümrədən qayıdıb, qalanları isə daha əvvəl yoluxanlarla təmasda olublar. Luksor bölgəsində 72 yaşlı Almaniya vətəndaşı və Dakahliya bölgəsində 50 yaşlı yerli vətəndaş həyatını itirib”, - deyə Muqahed əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri